BİZNES

Türkyədə şirkət qurmaq ucuzlaşdı
28 MART
351

Türkyədə şirkət qurmaq ucuzlaşdı

2018-03-28 17:08:00

Türkiyədə şirkətlərin qeydiyyatdan keçməsi prosesi sadələşdiriləcək. Fins.az Trend.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Baş nazirin sözlərinə görə, əvvəllər prosedurların sayı çox idi, notarial qaydada təsdiqi də tələb olunurdu. Bundan sonra şirkətlərin "Elketron hökumət" vasitəsilə qeydiyyatı mümkün olacaq.

B.Yıldırım daha sonra qeyd edib ki, əgər əvvəllər şirkəti qeydiyyatdan keçirmək üçün 1,9 min lirə lazım idisə, indi bu məbləğ 650 lirəyə endirilib.

Qeyd edək ki, 2017-ci ildə Türkiyədə 58422 xarici şirkət qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278