BİZNES

Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələr müzakirə edilib
27 MART
368

Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələr müzakirə edilib

2018-03-27 18:47:00

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Fins.az-ın verdiyi məlumata görə, Energetika nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin ayrı-ayrı seqmentlərinin yekunlaşmaq üzrə olduğu vurğulanaraq cari ildə layihənin reallaşması ilə bağlı mühüm hadisələrin qeyd olunacağı bildirilib.

Görüşdə regional enerji əməkdaşlığına dair məsələlər, eləcə də Azərbaycanın OPEC+ formatında  dünya neft bazarında sabitliyin qərarlaşmasında rolu və gələcək perspektivlərdən danışılıb. Hazırda neftin qiymətində  müşahidə olunan artım, neft bazarında ehtiyatların azalması və tələb-təklif tarazlığının tədricən formalaşması Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin əməkdaşlığının nəticələri kimi qiymətləndirilib.

Energetika naziri R. Sekutanın ölkəmizdə diplomatik fəaliyyəti dövründə enerji sektorunda ikitərəfli əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfəni bir daha vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256