BİZNES

Bakı dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlinə daxil edilib
27 MART
349

Bakı dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlinə daxil edilib

2018-03-27 13:49:00

Dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəli - "Global Financial Centres İndex" açıqlanıb. Fins.az xəbər verir ki, bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər yayıb. Siyahıda London (Böyük Britaniya) 794 bəndlə ilk sırada qərarlaşıb. 

2-ci yeri 793 bəndlə Nyu-York (ABŞ), 3-cü yeri isə 781 bəndlə Honq-Konq tutub. Sinqapur 765 bəndlə, Tokio (Yaponiya) 749 bəndlə, Şanxay (Çin) 741 bəndlə, Toronto (Kanada) 728 bəndlə, San-Fransisko (ABŞ) 726 bəndlə, Sidney (Avstraliya) 724 bəndə, Boston (ABŞ) isə 722 bəndlə 4-10-cu sıraları bölüşdürüblər.

Reytinq cədvəlində İstanbul (Türkiyə) 76-cı, Moskva (Rusiya) 83-cü, Astana (Qazaxıstan) 88-ci, Alma-Ata (Qazaxıstan) 94-cü, Sankt-Peterburq (Rusiya) isə 91-cı sırada qərarlaşıb. Maraqlıdır ki, Bakı ilk dəfə siyahıya daxil edilib və maliyyə mərkəzləri arasında 511 bəndlə 95-ci olub.

Qeyd edək ki, ənənəvi reytinq cədvdəlini "Z/Yen Group Ltd." maliyyə konsaltinq şirkəti ildə 2 dəfə hazırlayır. Cədvəldə biznes mühiti, maliyyə, infrastruktur, insan kapitalı və nüfuz olmaqla 5 qrup üzrə 102 fərdi amildən istifadə olunur. Prosesdə 3 000 peşəkar mütəxəssisin rəyi nəzərə alınır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256