BİZNES

Azərbaycan sahibkarları Çexiyada keçiriləcək maliyyə-iqtisadi foruma dəvət edilib
25 MART
276

Azərbaycan sahibkarları Çexiyada keçiriləcək maliyyə-iqtisadi foruma dəvət edilib

2018-03-25 12:26:00

Bu ilin 26-27 aprel tarixlərində Çexiyanın Praqa şəhərində “Praqa İşgüzar Görüşləri” adlı maliyyə-iqtisadi forumu keçiriləcək.

Fins.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən məlumat verir ki, forum MDBİcraiyyə Komitəsinin dəstəyi ilə MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunur. Forumda milli və kommersiya banklarının və birjaların rəhbərləri, maliyyə qurumları və bank birliklərinin nümayəndələri, o cümlədən innovasiya və investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı gözlənilir. Forumun işgüzar proqramında MDB iştirakçı dövlətləri və Avropa İttifaqının maliyyə bazarlarının yeni qarşılıqlı əlaqə formatları, ixracın maliyyələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, həmçinin inteqrasiya yönümlü investisiya layihələrinin təqdimatı kimi məsələlər müzakirə olunacaq.

Bununla əlaqədar olaraq, "Praqa işgüzar görüşləri forumunun iştirakçıları iri biznesin nümayəndələri, investorlar və mütəxəssislərlə görüşmək imkanı əldə edəcəklər. MDB İcraiyyə Komitəsi Azərbaycan işgüzar dairələrini tədbirdə iştiraka dəvət edir", - deyə məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276