BİZNES

Azərbaycan bu ölkədən 222 ton tomat şirəsi idxal edib
21 MART
688

Azərbaycan bu ölkədən 222 ton tomat şirəsi idxal edib

2018-03-21 11:52:00

2017-ci ildə Azərbaycan Ukraynadan dəyəri 78 min dollar olan 222 ton həcmində tomat şirəsi idxal edib. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət Nazirliyi məlumat yayıb.

Ukrayna ötən il xarici bazarlara 2,48 milyon dollar dəyərində 6,3 min ton tomat şirəsi ixrac edib ki, bu da 2016-cı ilə nisbətdə 24% çoxdur. Bu məhsulun təqribən yarısı isə Belarusa göndərilib (3,15 min ton və ya 1,1 mln. dollar məbləğində).

2017-ci ildə Ukrayna tomat şirəsinin ən çox alıcılarının siyahısı:

ABŞ — 420 ton, 164 min dollar;

İsrail — 284 ton, 104 min dollar;

Litva — 247 ton, 102,5 min dollar;

Azərbaycan — 222 ton, 78 min dollar;

Latviya — 222 ton, 90 min dollar;

Gürcüstan — 208 ton, 114 min dollar;

Almaniya — 152 ton, 68 min dollar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258