BİZNES

Bakıda sahibkarlar üçün təlim keçirilib
16 MART
433

Bakıda sahibkarlar üçün təlim keçirilib

2018-03-16 18:49:00

 İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün təlim keçirilib.

Bu barədə Fins.az-a nazirlikdən bildirilib.

Məlumata görə, "Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə sənaye müəssisələrində milli brendlərin yaradılmasının təşviqi üzrə müəyyən edilmiş tədbirlərin icrasına həsr edilmiş təlimdə iştirakçılar biznesin təşkili və səmərəli idarəsi, brendləşmə, malların gömrük rəsmiləşdirilməsi və s. məsələlər barədə məlumatlandırılıb. 

Tədbirdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256