BİZNES

Azərbaycan bu ölkəyə 80 min dollarlıq nar şirəsi ixrac edib
16 MART
774

Azərbaycan bu ölkəyə 80 min dollarlıq nar şirəsi ixrac edib

2018-03-16 15:09:00

“Azərbaycan ötən il Almaniyaya 80 min dollarlıq nar şirəsi ixrac edib. Artıq bu məhsulun Səudiyyə Ərəbistanında da ixracına başlanılıb”. Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZRPOMO) rəhbəri Rüfət Məmmədov deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Həmçinin ötən il Qətərə 1 mln. dollarlıq konservləşdirilmiş məhsul ixrac edilib. Hazırda bu ölkəyə mebel ixracı üzrə danışıqlar gedir. Qırğızıstana üzüm və narşərabın ixrac dəyəri isə 30 min dollar təşkil edib. Rusiyaya 900 min dollarlıq fındıq ixrac edilib. Birləşmiş Ərəb Əmirliklərinə 10 mln. dollarlıq fındıq ixracı ilə bağlı müqavilə imzalanıb. İxrac avqustdan başlayacaq. Həmçinin Polşa, İtaliya, İsveç və digər ölkələrə fındığın ixracı ilə bağlı müqavilələr imzalanıb. İlk dəfə olaraq quru xurmanın ixracı ilə də məşğul oluruq. Niderlanda 40 min dollarlıq xurma ixrac edilib”, - deyə o, qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267