BİZNES

Ötən il 187 ölkəyə məhsul ixrac edilib
16 MART
304

Ötən il 187 ölkəyə məhsul ixrac edilib

2018-03-16 14:58:00

Ötən il Azərbaycanda qeyri-neft məhsullarının ixracı 24,4 artıb. Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün ixracla bağlı keçirilən mətbuat konfransında bildirib.

Nazir müavinin sözlərinə görə, bir il ərzində bu rəqəm 1 mln. 540 min dolları keçib. O bildirib ki, ötən il sənaye məhsullarının ixracı 21%, kənd təsərrüfatı məhsullarının ixracı 28% artıb.

S. Babayev deyib ki, ötən il ixrac edilən ölkələrin sayında da artım var və ölkəmizin ixrac etdiyi ölkələrin sayı 187 ölkəyə çatıb. 160-dan çox Azərbaycan şirkətinə hüquqi yardımlar göstərilib, ixracla bağlı müxtəlif xidmətlər göstərilib.

Nazir müavini qeyd edib ki, bu günə qədər 16 ədəd müxtəlif ixracyönümlü assosiasiya yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256