BİZNES

İran Azərbaycana bu qədər investisiya yatırıb
13 MART
235

İran Azərbaycana bu qədər investisiya yatırıb

2018-03-13 15:02:00

İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb. Fins.az Banker.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İranın Nazir Şahin Mustafayev ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi barədə geniş məlumat verib və qeyd edib ki, İran tərəfindən Azərbaycana ümumilikdə 3,1 mlrd. ABŞ dolları investisiya yatırılıb ki, bunun da 2,95 mlrd. dolları neft sektoruna qoyulub. Neft-qaz sahəsində təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, Xəzər dənizində yataqların birgə işlənməsi, və s. məsələlərə dair fikirlərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256