BİZNES

Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək
12 MART
430

Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək

2018-03-12 09:42:00

13-16 mart 2018-ci il tarixlərində Bakı şəhərində “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək. Fins.az xəbər verir ki, 13 mart saat 11:30-da Amay Ticarət Mərkəzində sərgi açılışının, saat 12:30-da isə Amay Ticarət Mərkəzi VIP Lounge-da Hindistan şirkətləri ilə Azərbaycan sahibkarları arasında B2B görüşlərin keçirilməsi nəzərdə tutulub.

Sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.

Qeyd edək ki, tədbirdə iştirak etmək istəyənlər Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256