BİZNES

Bu məhsulun idxalı 16% artıb
10 MART
553

Bu məhsulun idxalı 16% artıb

2018-03-10 16:59:00

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 13,447 mln. ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

Fins.az “Report”-a istinadən xəbər verir ki bu  Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda yer alıb. Bu isə ötən ilin müvafiq dövründən 15,9%, yaxud da 1,842 mln. dollar çox olub.

Hesabat dövründə mebel idxalının Azərbaycanın ümumi idxalında payı cəmi 0,93% olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə mebel və onun hissələri ümumi idxalda 1,19% pay təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256