BİZNES

Sahibkar özməhsulunu xaricdə necə tanıda bilər? - TƏLİM
09 MART
320

Sahibkar özməhsulunu xaricdə necə tanıda bilər? - TƏLİM

2018-03-09 11:42:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə ““İxrac missiyalarında brend menecmentin önəmi” - Made in Azerbaijan brendinin təşviqi mexanizmləri” mövzusunda təlim keçirilib.

Təlimdə əsasən Azərbaycan sahibkarlarının özməhsullarını xarici bazarlarda tanıdılması, brendləşmə istiqamətində atmalı olduğu addımlar barədə danışılıb. “Floor 6” şirkətinin təsisçisi Leyla Məmmədovanın apardığı təlimdə iştirakçılara brend menecment və onun önəmi, xarici bazarlara məhsul ixrac etmək istəyən sahibkarlar üçün brendmenecment prosesləri, müştərilərin müəyyən edilməsi, brend planın önəmi və hazırlanması ilə bağlı yeni məlumatlar təqdim edilib.

“BirPəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, “İxrac yönümlü təlim və seminarların keçirilməsində əsas məqsəd ixracatçıların maarifləndirilməsi, məhsullarını ixrac etmək istəyən sahibkarların isə sözü gedən alətlər haqqında məlumatlandırılmasıdır. Sahibkarlar bu təlimlərdə yeni informasiya qəbul edir və özfəaliyyətlərində tətbiq edirlər. Habelə, bu təlimlər sahibkarların özfəaliyyətlərini korporativ standartlar əsasında qurmalarına da yardım göstərir.

“Floor 6” şirkətinin təsisçisi Leyla Məmmədova əlavə edibki, təlimdə əsas məqsəd xüsusən, ixrac həyata keçirən sahibkarlar üçün brendmenecmentin əhəmiyyətini göstərməkdir. “Brendmenecment vasitəsilə xarici bazarlarda yerli məhsulların daha peşəkar şəkildə tanıdılması, istehlakçı davranışlarının tədqiqi, brendplanların hazırlanması və hesabatlar üzərində iş kimi strateji addımlar göstərilib. Həmçinin, Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması istiqamətində sahibkarlar maarifləndirilib.

 “İxrac missiyalarında brendmenecmentin önəmi” mövzusunda təlimə 40-dan artıq yerli şirkətin nümayəndəsi qatılıb. Qeyd edək ki, buna qədər “BirPəncərə “ İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “RəqəmsalTexnologiyaların PR aləti olaraq istifadə olunması” və “Digital Marketinq” mövzularında təlimlərkeçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255