BİZNES

Bu sektora yaxın 25 ildə 20 trln. dollar investisiyaya ehtiyacı var
07 MART
207

Bu sektora yaxın 25 ildə 20 trln. dollar investisiyaya ehtiyacı var

2018-03-07 13:03:00

"Yaxın 25 ildə dünyada neft sənayesinə 20 trln. ABŞ dolları məbləğində investisiya qoyulmalıdır. Bu isə təxminən ABŞ iqtisadiyyatının dəyərinə bərabər rəqəmdir". Fins.az xəbər verir ki, bu barədə Report Bloomberg-ə istinadən məlumat yayıb ki, bunu Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun baş icraçı direktoru (CEO) Amin Nasser ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" neft-qaz konfransında deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

O, dünya bazarında neftin kəskin ucuzlaşdığı 2015-2016-cı illərdə neft bazarı iştirakçılarının 1 trln. dollar zərərə uğradığını bildirib. 

Bundan başqa, A.Nasserin sözlərinə görə, yaxın 5 ildə dünyada neft gündəlik tələbat 20 mln. barel artacaq və "qara qızıl" yaxın gələcəkdə önəmini saxlayacaq: "Dünya əhalisinin 2030-cu ilə qədər 2 mlrd. nəfər artması fonunda neftə tələbin yüksəlməyə davam edəcəyi proqnozlaşdırılır".

A.Nasser onu da bildirib ki, "Saudi Aramco"nun ən geci bu ilin sonuna qədər səhmlərinin kütləvi tədavülünü (IPO) həyata keçirəcək. Şirkətin 5%-nin 100 mlrd. dollara satılması nəzərdə tutulub. Bu baş tutsa, "Saudi Aramco" 2 trln. dollar dəyəri ilə dünyanın ən bahalı şirkəti olacaq. Hazırda dünyanın ən dəyərli şirkəti 900 mlrd. dollarlıq göstərici ilə "Apple"dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273