BİZNES

Bu günədək 4 mindən artıq qadın sahibkara 100 milyon manata yaxın güzəştli kredit ayrılıb
06 MART
270

Bu günədək 4 mindən artıq qadın sahibkara 100 milyon manata yaxın güzəştli kredit ayrılıb

2018-03-06 12:46:00

Bu günədək Azərbaycanda 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb. Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının prioritet sahə olduğunu xatırladan nazir müavini bildirib ki, hazırda bu sahənin inkişafı üçün müxtəlif güzəştli biznes kreditlər təklif edilir. “2017-ci il ərzində 1953 sahibkara 146 milyon manat güzəştli kredit ayrılıb. Bu günədək Azərbaycanda 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb. Bu isə Azərbaycanda artıq geniş sahibkar ordusunun formalaşmasından xəbər verir”, - deyə Sahib Məmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256