BİZNES

Son 15 ildə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb
06 MART
415

Son 15 ildə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb

2018-03-06 11:52:00

"2017-ci ildə 1 953 sahibkara 146 milyon manat güzəştli kredit verilib". Fins.az APA-ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qadınların səlahiyyətlərinin genişləndirilməsi və qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə keçirilən “She Congress”də çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, son 15 ildə ölkədə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artaraq 900 mini keçib: "Bunlar həm hüquqi, həm də fiziki şəxslərdir. Bu gün qeydiyyatdan keçmiş fiziki şəxslərin 21 faizini qadın sahibkarlar təşkil edir. Biz bu rəqəmlərlə kifayətlənmirik. Bunun üçün genişmiqyaslı tədbirlər həyata keçirilir".

S. Məmmədov qeyd edib ki, bu günə kimə 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256