BİZNES

Qazlı və qazsız sulardan aylıq gəlir nə qədərdir?
05 MART
393

Qazlı və qazsız sulardan aylıq gəlir nə qədərdir?

2018-03-05 12:25:00

Ölkəmizdə bir çox qazlı və qazsız su istehsal edən şirkətlər var. Bu şirkətləri çoxları tanıyır. Bəs görəsən bu sahədə nə qədər pul qazanmaq olar? Fins.az bu sualın cavabını öyrənməyə çalışıb.

Mineral  Sular MMC-dən verilən məlumata görə, şirkət ay ərzində  ümumilikdə 250-300 min manatlıq su satır

Digər bir  mineral su satışı ilə məşğul olan Slavyanka şirkəti ay ərzində 20 min litr suyun Rusiyaya satıldığını bildirdi. Adı çəkilən şirkətin rəsmisi gələcəkdə satışları 10-20% artırmağı planlaşdırdıqlarını qeyd etdi. Həmçinin Slavyankadan da  ölkə daxilində 200-300 min manatlıq su satıldıqlarını bildirdilər.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən digər  su satışı ilə məşğul olan şirkətlər hər hansı bir rəqəm açıqlamaq istəməyiblər.

Dövlət Statistika Komitəsindən Fins.az–a verilən məlumata görə, 2017-ci ilin yanvar – sentyabr aylarında ölkəmizə 5458 dkl sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər idxal olunub.

İdxalın ümumi dəyəri 44.810 dollar təşkil edib. Bunun əvəzində isə xarici ölkələrə 65 min dkl sular, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilər idxal olunub ki, bu ixracın dəyəri 635 min dollar təşkil edib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255