BİZNES

Ötən ay Azərbaycan Gürcüstana bu qədər yanacaq ixrac edib
20 FEVRAL
277

Ötən ay Azərbaycan Gürcüstana bu qədər yanacaq ixrac edib

2018-02-20 12:00:00

Ötən ay Gürcüstan Azərbaycandan 9,4 min ton benzin və dizel yanacağı idxal edib. Fins.az APA-nın Gürcüstan bürosuna istinadan xəbər verir ki, Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, yanvar ayında qonşu ölkənin neft məhsulları idxalının 13,2%-i Azərbaycanın payına düşüb.

Ötən ay Gürcüstan ümumilikdə 71,1 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da dekabr ayı ilə müqayisədə 45,6 min ton azdır. İdxal olunmuş neft məhsullarının 39,4 min tonunu benzin, 31,7 min tonunu isə dizel yanacağı təşkil edib. Azərbaycanla yanaşı, Gürcüstan ən çox Rusiya (28,6 min ton), Rumıniya (19,7 min ton), Türkmənistan (6,2 min ton), Yunanıstan (3,7 min ton) və Bolqarıstandan (3,4 min ton) qeyd olunan neft məhsullarını idxal edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255