BİZNES

Azərbaycan məhsulları “Gulfood 2018” beynəlxalq sərgidə təmsil olunur
19 FEVRAL
311

Azərbaycan məhsulları “Gulfood 2018” beynəlxalq sərgidə təmsil olunur

2018-02-19 17:03:00

Fevralın 18-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur. Fins.az APA-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 120 ölkədən 5 mindən çox şirkət öz məhsullarını təqdim edir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin Azərbaycana aid hissəsində 23 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullarını sərgi ziyarətçilərinə təqdim edir.

Azərbaycan şirkətləri artıq nar şərab, qurudulmuş xurma, mineral sular, meyvə şirələri, makaron məmulatları, sərinləşdirici içkilər və s. məhsulların Malta, Dubay, Qətər, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı və Polşaya ixracına dair danışıqlara başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258