BİZNES

“İdeyadan Biznesə” şüarı altında Bakı və regionlarda startap turlarına başlanılır
15 FEVRAL
426

“İdeyadan Biznesə” şüarı altında Bakı və regionlarda startap turlarına başlanılır

2018-02-15 18:34:00

“İdeyadan Biznesə” şüarı altında Bakı və regionlarda startap turlarına başlanılır. Fins.az AzərTAC-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları sektorunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu sahəyə dəstək göstərilir. Bu dəstək iş mühitinin yaxşılaşdırılması, innovativ infrastrukturun qurulması, yüksək texnologiyalar parklarının və sənaye klasterlərinin yaradılması, eləcə də innovasiyaların təşviqini əhatə edir. 

Bu kontekstdə son illərdə Azərbaycanın startap ekosistemi inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.

Startap hərəkatını genişləndirmək, gənclərin biznes ideyalarının həyata keçirilməsinə, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsinə və yeni innovativ ideyaların reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, Yüksək Texnologiyalar Parkı, “Youth İnc.” şirkəti Bakı və regionlarda startap turları keçirəcək. Startap turları “İdeyadan Biznesə” şüarı altında təşkil ediləcək.

Startap turu iki hissədən - konfrans/treninq və startap müsabiqəsindən ibarətdir. Tədbirin əvvəlcədən proqramı tərtib olunacaq və müxtəlif mövzuları əhatə edən panel çıxışlar təşkil ediləcək.

Potensial tərəfdaş qismində biznes məşqçilər/mentorlar, QHT-lər, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yerli şirkətlər, akselerasiya proqramları, ali təhsil müəssisələri, bölgələrdəki dövlət qurumları çıxış edir.

Qalib gələn layihələr mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

Startap turu Bakı, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki və Zaqatalanı əhatə edəcək.

Startapçılar tərəfindən hazırlanan təqdimatlar mütəxəssislər tərəfindən yoxlanılacaq və hər bölgə üzrə qaliblər seçiləcək.

Finalda qalib seçilən 10-15 (hər şəhərdən/bölgədən 1-ci və 2-ci yerlərin qalibləri) layihə iştirak edə bilər. Qaliblər Bakıda keçirilən Startap turunun final mərhələsində iştirak hüququ qazanacaq.

Startap turunun final mərhələsi üçün qalib seçilən layihələr təqdimat və finala qədər prototip/dizayn hazırlayacaq, hər startap layihəsinin təqdimatından sonra münsiflər tərəfindən sual-cavab və qiymətləndirilmə keçiriləcək.

Eləcə də bax: Dünyanın ən çox gəlir qazanan şirkətləri - SİYAHI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259