BİZNES

Bolqarıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının işçi qrupunun iclası keçiriləcək
15 FEVRAL
325

Bolqarıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının işçi qrupunun iclası keçiriləcək

2018-02-15 18:21:00

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bolqarıstanın energetika naziri Temenujka Petrova ilə görüşüb. Fins.az 

“Report”-a istinadən xəbər verir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, görüşün məqsədi iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Azərbaycan-Bolqarıstan ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyasının Azərbaycan tərəfdən həmsədri, nazir Heydər Əsədov iki ölkə arasında bu günə qədər 57 sənədin imzalandığını, 8 sənədin baxılmaq üzrə olduğunu, bunlardan 2 sənədin isə kənd təsərrüfatı sahəsinə aid oluduğunu bildirib. O, iki ölkə arasında biznes-forumunun keçirilməsini dəstəklədiyini və may ayında Azərbaycanda keçiriləcək kənd təsərrüfatı sərgisində Bolqarıstan şirkətlərinin, həmçinin Bolqarıstan istehsalı olan texnikaların nümayiş etdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb. Nazir təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı sahələri üzrə əməkdaşlıq üçün hər iki ölkənin böyük potensial imkanların olduğunu bildirib.

H.Əsədov son ildə iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və bu əlaqələrin daha da dərinləşməsi, həmçinin Bolqarıstana keyfiyyətli pambıq məhsulları, yun və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Azərbaycanın potensial imkanlarının olduğunu diqqətə çatdırıb. Nazir Hökumətlərarası Komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsi üçün işçi qrupunun tərkibinin müəyyən edilməsini və əlaqələndirici şəxslərin müəyyənləşdirilməsini məqsəduyğun hesab edib.

Bolqarıstan tərəfdən Komissiyanın həmsədri, nazir T.Petrova Hökumətlərarası Komissiyanın daha məhsuldar işləməsi üçün işçi qrupunun tərkibinin yaxın vaxtlarda qarşı tərəfə təqdim olunacağını, imzalanacaq sənədlərin ilk olaraq işçi qrupu səviyyəsində müzakirə oluncağını və hər iki ölkənin işçi qrupunun Bolqarıstanda iclasının keçiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253