BİZNES

Dünyanın ən çox gəlir qazanan şirkətləri - SİYAHI
15 FEVRAL
395

Dünyanın ən çox gəlir qazanan şirkətləri - SİYAHI

2018-02-15 12:57:00

Dünya miqyasında tanınan transmilli şirkətlər, holdinqlər fəaliyyətdə olduqları sahələrdə böyük uğurlar əldə ediblər. Bu uğurlar onların illik maliyyə hesabtalarında, əldə etdikləri gəlirin miqdarında özünü göstərir. Fins.az Modern.az-a istinadən dünyanın ən çox gəlir əldə edən şirkətlərini təqdim edir:

10. Microsoft- 22,1 milyard dollar

Dünyanın ən böyük  şirkətlərindən biri olan Microsoft, 1975-ci ildə Bill Gates tərəfindən ABŞ-da yaradılıb. Dünyada  90000-dən  çox işçisi olan şirkət 22,1 milyard dollar qazanc əldə edib.

9. British Petroleum- 23,5 milyard dollar

Dünya miqyasında tanınan  neft şirkəti BP, 1909-cu ildə  “Anglo-Persian Oil Company”  adı ilə yaradılmış, 1954-ci ildə British Petroleum adını almışdır. İllik qazancı 23,5 milyard dollardır və dünyanın ən böyük neft şirkətlərindən biri kimi qəbul edilir.

8. Bank of China- 25,5 milyard dollar

1912-ci ildə  qurulan Bank of China, həm də Çində yaradılan ən qədim bankdır. Dünyanın ən çox qazanan beşinci bankı hesab olunur. İllik qazancı isə 25,5 milyard dollardır.

7. Agricultural bank of China- 27,1 milyard dollar

2,7 milyon  müştərisi və təxminən 24.000 şöbəsi olan Çin Xalq Respublikası bankıdır. Şirkətin qazancı 27,1 milyard dollardır.

6. Samsung- 27,2 milyard dollar

1938-ci ildə  Cənubi Koreyada Li Byung-Çul tərəfindən yaradılan Samsun şirkəti 27,2 milyard dollar qazanc əldə edir. Samsung deyəndə ağlımıza mobil telefonları, LED televizorlar və ya digər elektron məhsullar gəlsə də bu şirkətin yalnız "elektron qolu”dur və əslində Samsung reklam, tikinti kimi sahələrdə də fəaliyyət göstərir.

5. Exxon Mobil- 32,6 milyard dollar

1999-cu ildə Exxon və Mobil adlı iki neft şirkətinin birləşməsi ilə yaranan  Exxon Mobil şirkəti 32,6 milyard qazanc əldə edib.  Şirkətin mərkəzi ABŞ-ın Texas ştatındadır.

 4. China Constuction Bank-34,9 milyard dollar

Çin Xalq Respublikasının dörd ən böyük bankından biridir. Dünyanın ən böyük ikinci bankı hesab olunur. Frankfurt, Lüksemburq, Honq Konq, Nyu York, Seul, Sinqapur, Tokio, Melburn, Sidney və London kimi böyük şəhərlərdə də filialı olan bankın 13 mindən çox şöbəsi var.  Şirkətin qazancı 34,9 milyard dollardır.

3.Qazprom- 36,7 milyard dollar

Rusiyanın ən böyük şirkətlərindən biridir. Dünyada ən çox qaz istehsal edən şirkətlərdən biridir. Şirkətin qazancı 36,7 milyard dollardır.

2. Apple- 37 milyard dollar

  Stiv Cobs başda olmaqla  Stiv Vozniak, Ronald Ueyn tərəfindən ABŞ-da yaradılan Apple şirkəti dünyanın ən çox gəlir gətirən ikinci şirkətdir. Dünyada 98000 əməkdaşı var.

1.Çin Sənaye və Ticarət bankı-42,7 milyard dollar

Çin Sənaye və Ticarət Bankı,dünyanın birinci bankı hesab olunur.1984-cü ildə Pekində yaradılıb. İllik gəliri isə 42,7 milyard dollardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273