BİZNES

Azərbaycandan bu ölkəyə 16 milyon dollar köçürülüb
15 FEVRAL
1068

Azərbaycandan bu ölkəyə 16 milyon dollar köçürülüb

2018-02-15 12:54:00

2017-ci ilin dekabr ayında Azərbaycandan Gürcüstana 1 mln. 519,4 min dollar köçürülüb. Fins.az xəbər verir ki, bu barədə APA-nın Gürcüstan bürosu bu ölkənin Milli Bankına istinadən xəbər verir ki, bu məbləğ noyabr ayı ilə müqayisədə 45,7 min dollar və ya 2,92% azdır.

Ötən ilin yanvar-dekabr ayları ərzində isə Azərbaycandan Gürcüstana ümumilikdə 15,643 mln. dollar köçürülüb.

Ötən ilin sonuncu ayında Gürcüstandan Azərbaycana pul köçürmələrində isə artım qeydə alınıb. Belə ki, 2017-ci ilin dekabrında qonşu ölkədən Azərbaycana 1 mln. 59,8 min dollar köçürülüb ki, bu da noyabr ayı ilə müqayisədə 152,7 mln. dollar və ya 16,83% çoxdur. Bütövlükdə ötən il Gürcüstandan Azərbaycana 9 mln. 809,7 min dollar göndərilib.

2017-ci ilin dekabr ayında xarici ölkələrdən Gürcüstana pul köçürmələrinin ümumi həcmi 138,4 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilin analoji göstəricisindən 19,399 mln. dollar və ya 16,34% çoxdur.

Ötən ilin sonuncu ayında  Gürcüstana ən çox pul köçürmələri Rusiyadan daxil olub. 2017-ci ilin dekabrında bu ölkədən Gürcüstana 45 mln. dollar köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273