BİZNES

Bu günü inkişaf etdirərək gələcəyi yaradanlar!
15 FEVRAL
322

Bu günü inkişaf etdirərək gələcəyi yaradanlar!

2018-02-15 10:00:00

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET  Prospect ERP şirkətinin hər bir fəaliyyətinin təməlində müştərilərinə qayğı göstərmək və onların biznesinin effektivliyini artırmaq üçün faydalı olmaq arzusu dayanır.

Məhz bu səbəbdəndir ki, PRONET Prospect ERP müştərilərinin problem, istək və ehtiyaclarını öyrənmək məqsədi ilə mütəmadi görüşlər keçirir. Bu dəfə şirkət nümayəndələri “Viva Şirniyyat Evi”, “Cafe-City”, “Maxi.az”, “İnteqral”, “Nakhish Restoran” kimi şirkətləri özündə birləşdirən OMG İnternational-ın qonağı oldu.

Görüş zamanı iki şirkət arasındakı əməkdaşlıq, bu əməkdaşlıq çərçivəsində görülən işlər, əldə edilən üstünlüklər və gələcək planlar barədə danışıldı. Artıq 6 ildir ki, tətbiq olunan İntellektual Telefoniya Sistemi -ProCALL-un faydası, şirkətin inkişafında əhəmiyyətli rolu ilə bağlı fikir mübadilələri aparıldı. Müzakirə zamanı uğurlu əməkdaşlıq barədə fikirlərini bildirən OMG İnternational -ın vitse prezidenti İlkin Qarayevuzun illərdir davam edən əməkdaşlığın hər keçən gün daha da böyüməkdə olduğunu və uğurlu işlərin məntiqi ardıcıllığı kimi OMG şirkətlər qrupunda PRONET Prospect ERP-nin təqdim etdiyi digər intellektual biznes həllərin də tətbiqinə başlanıldığını bildirdi.

PRONET Prospect ERP-nin bizneslərin inkişafına istiqamətlənmiş və öz unikallığı  ilə seçilən İmtahan Attestasiya proseslərinin avtomatlaşdırılması sistemi OMG İnternational yeni təsis etdiyi Keyfiyyət Akademiyasında tətbiq edilir. Şirkətin ProASK adı ilə tətbiq etdiyi bu həll sayəsində artıq avtomatlaşan imtahan üsulu vasitəsiə əməkdaşların iş keyfiyyətinin ölçülməsi, onların hansı biliklərə sahib olmasının ölçülməsi prosesi asanlaşacaq.

PRONET Prospect ERP məhsul və xidmət sayəsində öz biznesini optimallaşdıran müştərilərin hər birini nəzərə alaraq, hər il onlarla şirkətdə mükəmməl biznes həlləri tətbiq edir. Məhz bu səbəbdən  də PRONET Prospect ERP komandası həyata keçirdiyi hər bir layihə üzərində maksimum peşəkarlıqla çalışır, müştərilərinin işinin gələcəkdə müsbət və uğurlu nəticələr verməsi istiqamətində böyük səylər göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273