BİZNES

Qeyri-neft sektoruna investisiyalar 68% artıb
14 FEVRAL
124

Qeyri-neft sektoruna investisiyalar 68% artıb

2018-02-14 12:20:00

Bu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 960,3 mln. manat vəsaitin 362,7 mln. manatı və yaxud 37,8%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların məbləği ötən illə müqayisədə 68% artıb. Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Ümumi sərmayənin 72,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 83,5%-i məhsul istehsalı obyektlərinin, 11%-i xidmət sahələri üzrə obyektlərin, 5,5%-i isə ümumi sahəsi 121 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1%-ni təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4%, bank kreditləri 6,7%, büdcə vəsaitləri 6,1%, əhalinin şəxsi vəsaitləri 5,2%, büdcədənkənar fondların vəsaitləri isə 0,6% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276