BİZNES

Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir
13 FEVRAL
309

Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir

2018-02-13 18:50:00

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Fins.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanla Almaniya arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Pərviz Şahbazov bildirib ki, bu münasibətlərin tarixi təxminən 200 il bundan əvvəl almanların Vürtemberq əyalətindən Azərbaycana gəlmələri ilə başlayır. Nazir əsasən qeyri-neft sektoru üzrə inkişaf edən iqtisadi əlaqələrin yüksək göstəricisi kimi Cənubi Qafqaz ölkələri ilə Almaniya arasında ümumi ticarət dövriyyəsində ən çox həcmin Azərbaycanın payına düşdüyünü və 200-dən çox alman şirkətinin ölkəmizdə fəaliyyətini qeyd edib. P.Şahbazov enerji sahəsində əməkdaşlığın inkişafında isə “Uniper” şirkətinin rolundan bəhs edib. Enerji sahəsində əlaqələrin genişləndirilməsi üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq potensialı, eləcə də energetika sektorunda aparılan islahatlarda Almaniya təcrübəsinin tətbiqi ilə əlaqədar fikirlərini bölüşüb.

V.Büxele də iki ölkə arasında əlaqələrin mövcud səviyyəsinin iqtisadi, xüsusi ilə enerji əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil ediləcək qazın alıcılarından birinin “Uniper” olduğu xatırladılaraq, Azərbaycan qazının Avropaya tədarükündə “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən bəhs edilib.

 

Sonra “Uniper” şirkətinin vitse-prezidenti Uve Fip ölkəmizdə enerji və buxar istehsalı sahəsində fəaliyyətləri barədə məlumat verib.

Görüşdə həmçinin neft-qaz yataqalarında 7 min metr dərinlikdə işləməyə imkan verən qazma avadanlıqları istehsal edən, eləcə də yerin altından keçən qaz kəmərlərinin çəkilişi üzrə ixtisaslaşmış digər şirkətlər Azərbaycanla əməkdaşlıq etməyə maraqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279