BİZNES

Bu startup Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək
13 FEVRAL
229

Bu startup Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək

2018-02-13 14:36:00

Nazənin Cavadova öz startupı ilə ölkəmizi beynəlxalq yarışda təmsil edəcək. Fins.az xəbər verir ki,9-11 fevral qadınlar arasında keçirilən Global Startup Weekend Bakı tədbirinin qalibi Talent Port layihəsi olub. Nazənin Cavadova və Səkinə Nağızadədən ibarət olan komanda 7 mart Parisdə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək.

“Boş durma, hərəkətə keç” şüarı ilə həyata keçirilən yarışda toplam 50-dən çox müraciət qəbul olunub və 11 komanda Bakı finalında iştirak ediblər. Tədbirin açılışında iştirak edən Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez öz çıxışında iştirakçılara ürək sözlərini ünvanladı və qalibin Paris səfərinin faydalı keçməsini arzu etdi.

Startup Weekend tədbirlərinin əsas məqsədi qısa müddət ərzində innovativ ideyalar ətrafında iştirakçıları birləşdirmək və onlara sahibkarlıq, startup, innovasiyalar, marketinq kimi mövzularda bilik və təcrübə qazandırmaqdır.

Mentorların da dəstəyi ilə 54 saat ərzində yeni məhsul hazırlanmasını özündə ehtiva edən yarışın qalibləri aşağıdakı komandalar oldu:

Talent Port – 1-ci yer. Qalib komanda RCI Bank&Services, AccorHotels, AirFrance, Wavestone, AirLiquide, LaTribune kimi qlobal sponsorlardan Parisə uçuş bileti, Accor oteldə 2 gecə qalmaq, Böyük Finalda qlobal münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda NextStep İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olunmaq şansı qazandılar.

SuperNanny – 2-ci yer.

Creyofu – 3-cü yer.

Qey dedək ki, Global Startup Weekend Women Bakı finalının baş sponsoru kimi Dövlət Bankı Azər Türk Bank çıxış edirdi. Bundan əlavə, EY Azərbaycan, ADA Universiteti, RedCommunications, KhazarVentures, ATL Tech, Özsüt Restoranları, Topkimi,  PizzaMizza da sponsorlar arasında yer aldılar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254