BİZNES

Bəxtiyar Aslanbəyli: "Tərəfdaşlarımızla birgə layihələrə 69 mlrd. dollardan çox sərmayə qoymuşuq"
13 FEVRAL
417

Bəxtiyar Aslanbəyli: "Tərəfdaşlarımızla birgə layihələrə 69 mlrd. dollardan çox sərmayə qoymuşuq"

2018-02-13 13:10:00

"Son 25 ildə tərəfdaşlarımızla birgə əməliyyatçı olduğumuz layihələrə 69 mlrd. dollardan artıq sərmayə qoymuşuq". Fins.az "Report"-a istinadən  xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, təkcə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda indiyədək 3,3 mlrd. barel neft hasil edilib. 

"Həmçinin, 32 mlrd. kubmetr səmt qazını təmənnasız dövlətə vermişik. "Şahdəniz" layihəsi çərçivəsində 89 mlrd. kubmetr qaz və 176 mln. barel kondensat hasil olunub", - "BP-Azerbaijan" rəsmisi əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259