BİZNES

Bu şirkətin xidmətlərinə nəinki Azərbaycanda, bütün dünyada ehtiyac duyulur
12 FEVRAL
331

Bu şirkətin xidmətlərinə nəinki Azərbaycanda, bütün dünyada ehtiyac duyulur

2018-02-12 11:40:00

“Azər Business Award”2017 mükafatının laureatları bəlli oldu. Fins.az xəbər verir ki, 100 aparıcı şirkətin qatıldığı mərasimdə peşəkar mütəxəssislərdən ibarət müasir tipli istixana, ferma, kənd təsərrüfatı avadanlıqlarının, maşın mexanizmlərinin gətirilib çatdırılması, quraşdırılması eləcə də istehsalı ilə məşğul olan A-SERA MMC–nin istixana sektorunda lider olması xüsusilə vurğulandı. Qeyd olundu ki, Türkiyə, Asiya və Qafqaz bölgəsində 100-dən yuxarı istixana quran A-SERA, tamamilə davamlı istismara hazır layihələrlə, yüksək keyfiyyətli materiallar və son texnologiyalarla məhsuldarlığı artırmaqla müştərilərin rəğbətini qazanıb. Tədbirdə iştirak edən A-SERA Azərbaycan MMC-nin direktoru İlham Məmmədov münasib qiymət, yüksək keyfiyyət, zamanında çatdırılıma , quraşdırılma, ciddi məsuliyyət, istehsal bazasının müasirləşdirilməsi, ən əsası da müştəri məmmuniyyəti şirkətin prinsip və siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Mükafatlandırılma mərasiminin keçirilməsində əsas məqsədin Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarını ictimayyətə çatdırmaq olduğu vurğulandı.

Fins.az –a müsahibə verən A-SERA MMC-nin direktoru İlham Məmmədov bu cür tədbirlərin əhali arasında şirkətlər haqqında məlumat əldə etməyinə kömək olduğunu bildirdi. Həmçinin şirkətin gələcək planlarından danışan İlham Məmmədov yaxın gələcəkdə Avropada da işlərə başlayacaqlarını və artıq sifarişlər qəbul etdiklərini bildirdi. Bundan başqa şirkətin prioritet istiqamətinin MDB ölkələri olduğunu vurğulayan şirkət direktoru Rusiyadan, Qazağıstandan və Özbəkistandan çox sayda sifariş qəbul etdiklərini bildirdi.

Azərbaycanda sahibkar seqmenti hər hansı bir şəkildə təşviq və təbliğ olunmalıdır. Bu cür tədbirlər əhali arasında sahibkarların işləri haqqında məlumatları artırır. Yaxın gələcəkdə Makedoniyadan sifarişlər qəbul olunacaq. Amma bizim əsas maraq dairəmiz MDB ölkələridir. Hazırda Rusiyadan, Qazağıstandan və Özbəkistandan sifarişlər qəbul olunur. Həmçinin qonşu Gürcüstanla da danışıqlar aparılır.

Məlumat üçün bildirək ki, müasir tipli istixana, ferma, kənd təsərrüfatı avadanlıqlarının, maşın mexanizmlərinin gətirilib çatdırılması, quraşdırılması eləcə də istehsalı ilə məşğul olan A-SERA MMC ölkəmizdə bu sahədə fəaliyyət göstərən yeganə şirkətdir.

http://a-sera.com.tr/ru/

 

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300