BİZNES

Pullar öz qanunları ilə yaşayır, vacib deyilki siz bu qanunları bilirsiz və ya ona əməl edirsiz- Bu qanunlar sizsiz də işləyir
12 FEVRAL
296

Pullar öz qanunları ilə yaşayır, vacib deyilki siz bu qanunları bilirsiz və ya ona əməl edirsiz- Bu qanunlar sizsiz də işləyir

2018-02-12 01:09:00

Pulların 3 qızıl qanunu

Pullar öz qanunları ilə yaşayır. Onlar üçün vacib deyil siz bu qanunları bilirsiz və ya bu qanunlara əməl edirsiz. Odur ki, gəlin bu qanunlarla tanış olaq.

Qanun -1  Pullar sizin həyatınıza həmin an nə qədər lazımdısa o qədər gəlir

Yəqinki, çoxlarında olub ki, pul lazım olub , lakin pul olmayıb və düşünmüsüz ki çıxışı olmayan situasiyadasız.     Lakin elə bu an pullar peydə olur. Özü də siz heç kimdən bocr almadan əlinizə pul keçir. Bəs niyə belə olur? Bu sualın çox sadə cavabı var. Ona görə ki, o an biz pulu, çox, həddindən çox istəyirik.

Pulumuza qənaət edəndə nə olur? Bu zaman bizə gələn pul axını yox olur. Maaşımız azalır,xərclərimiz artır. Hansı ki, biz bu gedişata hazır olmuruq. Pullar isə durmadan azalır.

Qanun – 2  Pul xoşbəxtlik gətirməlidir

Siz pulları böyük zövqlə almalısız və elə bu hisslərlə də xərcləməlisiz. Lakin pulları zövqlə qazanmaq üçün ilk növbədə elə zövq aldığınız işlə də məşğul olmalısınız. Məntiqlə fikirləşsək görərik ki, əgər xərc etdiyimiz zaman heç bir zövq almırıqsa o zaman yeni pulların qazanmağın nə mənası var. Elə bu zaman insan qənaət etmək barədə düşünür. Hər hansı bir mifiq amal üçün qənaətə başlayan insan , hansıki bilmir o mifiq əşyaya nə vaxt əldə edəcək, nəsə almaq və pul xərcləmək böyük bir əzab-əziyyətə çevrilir.

Bu zaman ayaqqabı almaq vacib ehtiyaca, palto almaq isə əzab çəkmək olacaq. Belə olan təqdirdə təbii ki, heç bir alış-verişdən həzz ala bilməyəcəksiz.

Biz özümüzə pul xərcləməməklə qənaətə başladığımız andan , belə bir sual ortaya çıxır bu insana nəyə gör çox pul verək ki, onsuzda o qənaət edir və ona bu pul lazım deyil. Beləliklə pullar sizə lazım olmadığından azalmağa başlayır.

Qanun-3  Qənaət kasıblıq rejimini işə salır

Qənaət zamanı az isdədikcə az da əldə edirsən. Bu zaman bunu almaq istəyirəm ifadəsi əvəzinə bunu almağa məcburam ifadəsini işlədirsiz. Qənaət zamanı hər şeyin ən ucuzu alınır. Bildiyiniz kimi də ucuz olan hər şey çox vaxt heç də yaxşı olmur.

Bu zaman siz dadsız yemək, xoşunuza gəlməyən geyim,keyfiyyətsiz ayaqqabı almaqla iki qat ziyan etmiş olursuz. Özünə bahalı geyim almağa icazə verməyən insan heç vaxt özünə avtomobil ala bilməyəcək. Sual verirsiz niyə? Çox sadə çünki o özünə bunu icazə vermir.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300