BİZNES

İstehlak məhsullarının və xidmətlərin qiymətləri bahalaşıb
09 FEVRAL
101

İstehlak məhsullarının və xidmətlərin qiymətləri bahalaşıb

2018-02-09 14:18:00

2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5.5 %,  o cümlədən ərzaq məhsullarının qiymətləri 6.9 % , qeyri-ərzaq mallarının qiymətləri 5.1 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3.9% bahalaşıb.

Fins.az xəbər verir ki, cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0.5%, qeyri-ərzaq mallarının qiymətləri 0.2 % artıb.  Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.8% ucuzlaşıb.

Qeyd edək ki, nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 % səviyyəsində olub.

© BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301