BİZNES

Azərbaycan bu Avropa ölkəsində ən çox istixana sistemləri alan ikinci ölkədir
09 FEVRAL
288

Azərbaycan bu Avropa ölkəsində ən çox istixana sistemləri alan ikinci ölkədir

2018-02-09 11:13:00

Avropada istixana sistemləri ilə məşhur olan İspaniyanın Mursiya vilayəti hazırda Almaniyada keçirilən “Fruit Logistica” yarmarkasında ilk dəfə iştirak edir.

Fins.az xəbər verir ki, Berlində keçirilən və meyvə-tərəvəz sahəsində ən vacib tədbirlərdən sayılan yarmarkada Mursiyanın texnoloji guşəsi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Vilayətin nümayəndəsi Xuan Ernandes son illər aqrar sənayedə ciddi irəliləyişin əldə olunduğunu qeyd edib. Vurğulanıb ki, bu artım daha məhsuldar torpaq və suvarma sistemləri hesabına yüksələn ixrac, habelə suvarma və istixana sistemlərinin satışı nəticəsində əldə olunub.

Keçən ilin yanvar ayından noyabradək bu vilayət irriqasiya ixracatından 78,84 milyon avro gəlir əldə edib. İstixana texnikasının idxalında birinci yeri Misir (26,39 milyon avro), ikinci yeri Azərbaycan (6,73 milyon avro) tutub. Üçüncü yerdə isə Meksika qərarlaşıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301