BİZNES

Azərbaycan Fransa ilə birgə əməkdaşlığa başlayır?
08 FEVRAL
387

Azərbaycan Fransa ilə birgə əməkdaşlığa başlayır?

2018-02-08 18:16:00

Azərbaycanda Fransanın “Thales” şirkətinin məhsullarının istehsalı üzrə birgə müəssisə yaradıla bilər. Bu barədə razılıq fevralın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi çərçivəsində əldə olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi ilə apardığı danışıqlarda Azərbaycanın mülki aviasiyası sahəsində AZAL və “Thales”in gələcək əməkdaşlığı müzakirə edilib. Danışıqların yekunlarına əsasən bu fransız şirkətinin məhsullarının istehsalı üçün AZAL və “Thales”in Azərbaycanda birgə müəssisənin yaradılmasının mümkünlüyünü nəzərdən keçirmək barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258