BİZNES

Bu şirkət ən nüfuzlu brendlərinin onluğuna daxil olub
08 FEVRAL
310

Bu şirkət ən nüfuzlu brendlərinin onluğuna daxil olub

2018-02-08 17:17:00

PwC “Brendin Güc İndeksinə” görə Google və Lego ilə 6-cı yeri bölüşərək dünyanın 10 ən nüfuzlu və davamlı brendlərindən biri olub.

Şirkətdən  verilən məlumata görə, PwC “Böyük Dördlük” arasında ilk onluğa daxil olan yeganə ticarət nişanıdır.

Bu ilin ən güclü brendləri arasında ilk üçlüyə Disney, VISA və Ferrari şirkətləri daxildir.

"Brand Finance" müstəqil konsaltinq şirkətinin illik reytinqi dünyanın ən məşhur şirkətlərinin 500-dən çox brendinin dəyərinin və nüfuzunun qiymətləndirilməsi nəticələrini əks etdirir. Brendin güc indeksi onun qeyri-maddi səviyyədə qəbul edilməsi (maddi aktivləri nəzərə almadan) və brendin tanınma, hörmət, loyallıq və sabitlik kimi meyarlar üzrə rəqiblərlə müqayisədə qiymətləndirilməsi əsasında formalaşır.

Dünyanın ən bahalı brendləri reytinqində texnologiya şirkətləri əvvəlki kimi liderdir. Bu il Amazon şirkəti həmin siyahıda Apple və Google kimi brendlərdən öndə olub.

PwC Azərbaycan müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Bakı ofisində 6 ölkədən 150-dan çox əməkdaşımız yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 236,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276