BİZNES

Xaricdən idxal olunan bu məhsullarda azalma olub
11 YANVAR
156

Xaricdən idxal olunan bu məhsullarda azalma olub

2018-01-11 14:10:00

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 180 ölkədən məhsul idxal olunub. Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiyanın, 14,6 faizi Türkiyənin, 9,7 faizi Çinin, 9,3 faizi ABŞ-ın, 5,2 faizi Ukraynanın, 4,8 faizi Almaniyanın, 3,7 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 2,4 faizi Braziliyanın, hər biri 1,9 faiz olmaqla Yaponiya və  Norveçin,  23,7 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-oktyabr aylarında 1218,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 25,1 faiz, real ifadədə isə 22,8 faiz çoxdur.

2017-ci ilin yanvar-oktyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,4 faiz, təzə tərəvəz – 87,1 faiz, kartof – 50,7 faiz, tütün – 2,1 dəfə, bitki yağları – 13,0 faiz, çay – 58,0 faiz, meyvə və tərəvəz şirələri – 53,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 76,7 faiz, meyvə və tərəvəz konservləri – 4,0 faiz, qara metallardan borular – 0,3 faiz, pambıq lifi – 6,5 dəfə, bentonit gili – 3,4 dəfə artıb, şəkər ixracı isə 41,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 10,6 faiz, polietilen – 13,2 faiz, emal olunmamış alüminium – 28,6 faiz, qara metallardan yarımfabrikatlar – 37,3 faiz, pambıq ipliyi – 29,1 faiz azalıb.

2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 2,6 faiz, çay – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 3,9 faiz, mal əti – 88,9 faiz, siqaret – 6,0 faiz, polad prokatı – 11,7 faiz, minik avtomobilləri – 88,0 faiz, hesablama maşınları, blok və qurğuları – 51,1 faiz, rezin şinlər – 34,6 faiz, qara metallardan çubuqlar – 13,7 faiz,  mebel – 2,1 dəfə,  mineral gübrələr – 48,4 faiz, qara metallardan künclüklər ­– 29,0 faiz, məişət kondisionerləri – 23,5 faiz, paltaryuyan maşınlar – 72,7 faiz, yük avtomobilləri – 89,7 faiz, avtobuslar – 97,3 faiz artmış, buğda idxalı isə 25,6 faiz, xam şəkər və şəkər – 5,3 faiz, bitki yağları – 7,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,4 faiz, kartof – 6,2 faiz, təzə tərəvəz – 43,6 faiz, qara metallardan borular – 52,1 faiz, polietilen – 12,8 faiz, sement və sement klinkerləri – 93,0 faiz, məişət soyuducuları –17,0 faiz azalıb.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301