BİZNES

Bu maraqlıdır – BURBERRY
11 YANVAR
255

Bu maraqlıdır – BURBERRY

2018-01-11 10:21:00

Modanın bu əfsanəvi markasının hekayəsi kiçik bir parça dükanında qələmə alınmağa başlayır. İngiltərənin Hampshire şəhərində bir parça dükanında çalışan Tomas Burberry, öz dükanını açmaq üçün, çalışdığı dükandan ayrılır. Bu sıralarda onun helə 21 yaşı var idi.

Bir müddət sonra öz dükanını açan Tomasbütün diqqətini outdoor geyimlərə verir. Bu istiqamətdə bir çox parçanı sınayır lakin istədiyini bir cür tapa bilmir. Sınaqlardan artıq yorulan Tomas, öz parçasını özü istehsal etməyə qərar verir və çox keçmədən Gabardin parça kəşf edir. Suya dözümlü olan hava keçirə bilən bu parça Burberrynin də taleyini dəyişdirir.

Tomas markanın bu gündə istifadə olunan ilk mağazasını açır. Və zaman loqo müəyyənləşdirməyə gəlir. Loqo isə irəliyə doğru mənasını daşıyan və günümüzdə istifadə edilməyə davam edilən Prorsum adlı dizaynla loqo yaradır.

İngilis ordusunun, əsgərlər üçün xüsusi geyim istəməsi üzərinə Burberry trench coatları istehsal edir. Markanın o bildiyimiz cizgiləri şalvarlar üçün hazırlanmış olsa da, bu gün o cizgilər yüzlərlə məhsulda istifadə edilir.

Burberrynin əsgərlər üçün hazırlamış olduğu trench coatlar müharibədən sonra isə İngiltərədə sürətlə yayılır və ikon halına gəlir. Marka sonra, müasir dizaynlı geyimləri, aksessuarları və daha çoxu deyərkən bir dünya markası halına gəlir.

Bu gün Burberry mərkəz olaraq Honq Konq və Çini seçmiş olsa da ümumi mərkəzi İngiltərədə, hekayələrinin ilk qələmə alındığı yerdə yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273