BİZNES

Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub
10 YANVAR
407

Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub

2018-01-10 00:00:00

“Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. Fins.az CNN-ə istinadən xəbəbr verir ki,  ABŞ-ın “Amazon” şirkətinin rəhbəri Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. O həmçinin “Blue Origin” özəl aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinin sahibidir. Məlumat üçün bildirək ki, hazırda “Amazon.com”un bir səhminin dəyəri 1246 dollar təşkil edir. Şirkətin 79 mln. səhmi Ceff Bezosa məxsusdur.

Varlılar arasında ikinci pillədə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts qərarlaşıb. Onun varidatı 93,3 milyard dollardı.Üçlüyü isə  daha bir amerikalı, sərmayəçi Uorren Baffet tamamlayıb. Baffet 87,2 mlrd dollara sahibdir.

Siyahının 4-cü pilləsində isə  “Facebook”un yaradıcısı Mark Tsukerberq yer alıb. Onun pulu 77,5 mlrd. dollar təşkil edib. Beşliyi 76 mlrd. dollar sərvətə malik olan “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayır. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276