BİZNES

“Lisenziyalar və icazələr” portalı ilə lisenziyaların verilməsinin son müddəti müəyyənləşib
08 YANVAR
368

“Lisenziyalar və icazələr” portalı ilə lisenziyaların verilməsinin son müddəti müəyyənləşib

2018-01-08 15:54:00

Nazirlər Kabineti “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”i təsdiq edib.

Fins.az-ın məlumatına görə, lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Televiziya və Radio Şurası, Radiotezliklər üzrə Dövlət Komissiyası və rayon (şəhər) icra hakimiyyətləri üçün 1 may 2018-ci il tarixidir.  

Daxili İşlər Nazirliyi,  Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Dəniz Administrasiyası, Dövlət Mülki Aviasiya Administrasiyası, Auditorlar Palatası, Müəllif Hüquqları Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Neft Şirkəti  üçün bu tarix 1 mart 2018-ci il, Dövlət Reklam Agentliyi üçün isə 1 dekabr 2018-ci il müəyyən edilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255