BİZNES

Azercell 1-ci oldu
08 YANVAR
367

Azercell 1-ci oldu

2018-01-08 12:04:00

Media Consulting and Services  01-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatına görə, mobil rabitə sektorunda Azercell ilk pillədə qərarlaşıb. Belə ki, adı çəkilən təşkilat 10 Televiziya, 55  çap  və  550 on-line media daxil olmaqla  615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Araşdırma nəticəsində məlum olub ki, adı ən çox hallanan mobil operator məhz Azercell olub. Ümumilikdə mobil operatorların adı 2321 dəfə qeyd olunub. 

 

  1. Azercell -1047
  2. Nar Mobile - 664
  3. Bakcell - 610

Cari hesabat ayında mobil rabitə şirkətlərinin  media aktivliyi noyabr ayı ilə müqayisədə çox olub.  Belə ki, 2017-ci ilin noyabr ayında 1435 mobil rabitə şirkətlərinin adı çəkilən yazı monitorinqin əhatəsinə düşüb. Cari hesabat dövründə mobil rabitə sektorunun əsas mövzusu BakuTel-2017 olub. Məlumatların əvvəlki ayla müqayisədə sayının daha çox olmasını şərtləndirən amil də məhz BakuTel-2017-dir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254