BİZNES

Azərbaycanda şirkətlərin reytinqi açıqlandı – SİYAHI
08 YANVAR
334

Azərbaycanda şirkətlərin reytinqi açıqlandı – SİYAHI

2018-01-08 10:53:00

Media Consulting and Services 01-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.

Qeyd edək ki, media monitorinq qrupu 10 Televiziya, 55 çap və 550 on-line media daxil olmaqla 615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:

1. Banklar 27890

2. Universitetlər 15174

3. Mobil Rabitə 2321

4. Sığorta şirkətləri 1443

5. Otellər 863

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:

Banklar: 27890 ədəd ad hallanan yazı

1.​ ABB -1753

2.​ Dəmir Bank -1444

3.​ Kapital Bank - 969

Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında 25059 bank adı hallanan yazı müşahidə edilib. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Dəmir Bankın adının kəskin hallanmasını qeyd edə bilərik. Dəmir Bank haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi ətrafında cərəyan edir. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.

Universitetlər: 15174 ədəd ad hallanan yazı

1. BDU - 1601

2. UNEC - 1130

3. BANM- 929

Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.

Mobil Rabitə: 2321 ədəd ad hallanan yazı

1.​ Azercell -1047

2.​ Nar Mobile - 664

3.​ Bakcell - 610

Dekabr ayında bank sektorunda müşahidə edilən tendensiyanın oxşarı mobil rabitə sektorunda da baş verib. Cari hesabat ayında mobil rabitə şirkətlərinin media aktivliyi noyabr ayı ilə müqayisədə çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında 1435 mobil rabitə şirkətlərinin adı çəkilən yazı monitorinqin əhatəsinə düşüb. Cari hesabat dövründə mobil rabitə sektorunun əsas mövzusu BakuTel-2017 olub. Məlumatların əvvəlki ayla müqayisədə sayının daha çox olmasını şərtləndirən amil də məhz BakuTel-2017-dir.

Sığorta şirkətləri: 1443 ədəd ad hallanan yazı

1.​ Azərsığorta - 136

2.​ Paşa sığorta -121

3.​ Azsığorta – 115

İlin yekun ayı olduğunu nəzərə alaraq şirkətlər adətən dekabrda mediada daha aktiv olmağa çalışırlar. Amma maraqlıdır ki, şığorta sektorunda əksinə dekabr ayı ilə müqayisədə noyabrda məlumatlar daha çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında sığorta şirkətləri haqqında ölkə mətbuatında 1563 yazı yer alıb. Bütövlükdə sığorta şirkətlərinin media passivliyi başa düşülən deyil. İri həcmli bank kreditləri dayandırıldığı üçün sığorta şirkətləri əmlak sığortasından məhrum olub. Yeni avtomobilllərin bahalaşması və onların kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində bu seqmentdə işləyən sığorta şirkətlərinə ciddi zərbə dəyib. 2018-ci ilin yanvarında avtomobillərin idxal və aksiz rüsumlarının qaldırılması bu seqmentdə mübarizə aparan sığorta şirkətlərinin işlərini bir az da çətinləşdirəcək. Kredit bazarı, deməli girov qoyulan əmlakın sığortası da yaxın vaxtda bərpa olunmayacaq. Buna baxmayaraq sığorta şirkətlərinin öz xidmətlərini diversifikasiya etmək təşəbbüsləri mediada gözə dəymir.

Otellər: 863 ədəd ad hallanan yazı

1. Hilton Baku - 265

2. Excelsior Baku - 171

3. Fairmont Baku - 100

Cari hesabat dövründə Hilton Baku haqqında dərc olunan məlumatların kəskin artması bu ayda iki məşhurun, - Braziliya futbolçusu Dani Alveş və 100 kiloqram çəki atması ilə gündəmə gələn Faruk Sabancı Yeni il bayramını bu oteldə qeyd edəcəyinə dair məlumatlar mediada dərc edilib. Hesabat dövründə otelçilik sektorunda əsas mövzu yeni il proqramları olub. Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, onlar yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər.

2017-ci ilin Dekabr ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell,sığorta şirkətləri arasında Azərsığorta, otel və biznes mərkəzləri arasında Hilton Bakuhaqqında daha çox ad hallanması olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300