BİZNES

Bu maraqlıdır – U-BOAT
05 YANVAR
237

Bu maraqlıdır – U-BOAT

2018-01-05 11:31:00

Toskananın ürəyi olan orta əsirli Lukka şəhərində U-Boat brendinin yaradıcısı Italo Fontana saat sənətinin incilərini yaradır. Bu məhsulun tarixi 1942-ci ildən başlayır. Saatsaz İlvo Fontana İtaliyanın hərbi dəniz donanması üçün qol saatlarının istehsalı ilə məşğul olaraq, mexanizmi zərbədən və nəmdən qorumaq üçün sol tərəfdən qurulan başlıq ilə iri korpuslu saat icad edib. Yarım əsr keçəndən sonra ustanın nəvəsi babasının arxiv sənədlərini nəzərdən keçirəndə onların arasında 1942-ci ilin çertyojlarını tapmışdır. Bundan sonra İtalo Fontananın nə ilə məşğul olmağı barədə artıq sual yaranmırdı. Beləliklə dəb simvolu olan saatlar meydana gəldi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276