BİZNES

Bu maraqlıdır – RAW TAİPEİ
26 DEKABR 2017
203

Bu maraqlıdır – RAW TAİPEİ

2017-12-26 13:36:00

Restoran konsepsiyaları Raw Taipei ilə yeni ölçüyə qovuşur. 56 nəfərlik möcüzə restoranda yer tapmaq heç də asan deyil. 56 nəfər dedikdə təəccübləndiyinizi bilirik. Çünki məlum qarşımızda ki restoran olduqca böyük görünür. 2014-ci ildən bəri fəaliyyətdə olan restoranın fanatları olduqca çoxdur. Amma restoran dizaynerləri xüsusilə bu şəkildə qərar verdiklərini, məkanın nə boş, nə də çox sıx görsənməməsini istədiklərini dilə gətiriblər.

Restoran konsepsiyaları Raw Taipei ilə təbiiliyi əks etdirməyə başladı

Raw Taipei memarları, burada tətbiq etdikləri konsepsiyanın, digər memarların da yeni dizayn işlərində istifadə etməyə başladıqlarını deyirlər. Taxtanın səmimiyyət və təbiətin simvolu halına gəldiyini və xüsusilə restaurant müştərilərinin təbii şəraitlərə daha çox üstünlük verdiyini nəzərə alaraq Raw Tapiei konsepsiyasında taxtaya üstünlük verərək, betonu sadəcə bölmə hissələrdə yerləşdirən yaradıcı memarlar, nəticədə özlərinin, müştərilərin və Ra Taipei sahiblərinin məmnunluqlarını dilə gətiriblər.

Asiya qitəsinin mükafatlı aşbazı Andr Chiang isə ləzzətdən əlavə yemək yeyərkən olan atmosfer ikinci bir ləzzəti və kefi gətirir, deyir. Yeni restoran açacaq investorlara öz müəssisələrini nümunə götürərək yol almalarını təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276