BİZNES

5 MİLYARDER və onların ƏN BÖYÜK MALİYYƏ SƏHVLƏRİ
15 DEKABR 2017
773

5 MİLYARDER və onların ƏN BÖYÜK MALİYYƏ SƏHVLƏRİ

2017-12-15 16:39:00

Əgər düşünürsünüzsə ki, dünyanın ən zəngin insanları maliyyədən daha yaxşı baş çıxarır yanılırsınız. Onların da səhvləri olur və bu səhvlər şirkətlərə milyon və bəzən milyard dollarlara başa gəlir.Sizə 5 dahi milyarderin 5 böyük səhvini təqdim edirik:

Bill Gates- Apple-a kömək

1997-ci ildə, Apple süqut ərəfəsində olanda, Bill Gatesin kompaniyası öz rəqibinə 150 mln dollar investisiya etmiş və hətta öz rəqibinin kompüterlərini proqram təminatı ilə təchiz etməyə razılaşmışdır. O dövrdə bu Bill tərəfindən strateji gediş kimi nəzərdən keçirilirdi, həmin vaxt ABŞ hökuməti Microsoft-u monopolistlikdə  ittiham edirdi. 

Indi isə bu addım Billin ən böyük səhvi kimi qiymətləndirilir. Çünki Steve Jobs nəinki şirkəti ayağa qaldırdı, Apple həm də bir çox sahələrdə Microsoftu geridə qoydu. 2017-ci ildə Apple dünyanın ən bahalı brendi olaraq tanınır. Kim bilir, 20 il əvvəl, 1997-ci ildə Billin investisiyası olmasa idi, Apple-in taleyi necə olardı.

Jeff Bezos: milyardların boş-boşuna xərclənməsi

Amazonun baş direktoru Jeff Bezos üçün bu il xüsusi əhəmiyyətli olub, çünkü o Bill Gatesi qabaqlayaraq, dünyanın ən zəngin insanına çevrilib. Amma Bezos özü etiraf edib ki, onun eksperimentlərə ehtirası Amazon-u çox xərcə salıb.

“Onlar haqqında düşünmək belə mənə əzab verir, sanki dişimin sinirini anesteziya olmadan çıxardırlar.“ - Business Insider nəşrinə intervüsü zamanı o bildirib. Kindle elektron kitabı və ya Echo ağıllı kolonkaları kimi riskli proyektlər özünü doğruldub, amma Fire Phone ağıllı telefonu şirkəti 170 mln dollar zərərə uğradıb.

Oprah Winfrey: olduqca ambisiyalı proyekt

Uzun müddət ərzində Oprah Winfrey ABŞ-da populyar televiziya şousunun aparıcısı olub. Şou başa çatanda qadın sakitcə işlərdən uzaqlaşa bilərdi, amma o, fərqli hərəkət etdi. 2011-ci ildə xanım Winfrey OWN adlı öz teleyayımını başlatmaq istədi.

Problemlər lap öncədən başladı. Sonra Oprah etiraf etdi ki, hər şeyin nə qədər çətin olacağını bilsəydi “başqa işin qulpundan tutardı”. O bildirir ki, televiziya hazır olmamış bu haqda anons verməyə başlamışdı və sözü gedən hadisə ilə bağlı “101 səhv” adlı kitab yazmaq olar. Ambisiyalı proyekt ona 330 milyon dollar zərərə başa gəldi və Oprah güclü stress yaşamış oldu.

Warren Buffet: 200 milyard dollarlıq səhv

Warren Buffet uğurlu proyektləri aşkar edib, onlara yatırım etmək qabiliyyəti ilə tanınır. Bu səbəbdən onu hətta “Omahanın kahini” adlandırırlar. Amma karyerasının əvvəlində Buffetin də tələsik qərarlar verdiyi məlumdur, nəticədə o ciddi zərərlə üzləşmışdi.

1960-cı ildə Bufet həmin dövrlərdə tekstil şirkəti olan Berkshire Hathawayin səhmlərini alır, daha sonra isə bir az pul qazanmaq üçün onları təzədən kompaniyaya satır. Berkshire Hathawayin sədri ona danışılmış məbləğin 1/8 hissəsini ödəməyəndə isə, Buffet şirkətin səhm kontrol paketini alır ki, bu yolla şirkətin direktorunu küncə sıxışdırsın. Amma bu heç də ağıllı çıxış yolu deyildi, nəticədə Bufet o qədər də sərfəli olmayan tekstil biznesini özünü bağlamış olur. İndi investor deyir ki, yaxşı olardı ki həmin pulları başqa nəyəsə invetisiya edərdi və bu addımı “200 milyard dollarlıq səhv” adlandırır.

Richard Branson və onun dahi səhvləri

“Səhv etmək – hər bir uğurlu iş adamının DNK-sında (genində) var və mən də istisna deyiləm.”- Virgin Groupun yaradıcı korporativ bloqda yazır.

Onun səhvləri sırasında Virgin Brides gəlinliklərinin və geyim kolleksiyasının, həmçinin Virgin Cola içkisinin buraxılışını qeyd etmək olar. Bu içki bazarda heç 0,5% paya sahib ola bilməmiş və nəticədə sıradan çıxmışdır.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254