BİZNES

Gürcüstan sərhədindən malların maneəsiz keçirilməsi məsələləri müzakirə edilib
14 DEKABR 2017
459

Gürcüstan sərhədindən malların maneəsiz keçirilməsi məsələləri müzakirə edilib

2017-12-14 19:27:00

Azərbaycan-Gürcüstan gömrük sərhədindən malların maneəsiz keçirilməsi məsələlərini müzakirə edilib. Fins.az xəbər verir ki,Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 131-ci sessiyası işə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov və Komitənin Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev iştirak edir.

Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavad Qasımov və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze arasında görüş olub.

Görüşdə iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq, mehriban qonşuluq prinsiplərinə söykəndiyi, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Gömrük sferasında da qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb, gömrük prosedurlarının və ticarətin asanlaşdırılması, gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin maneəsiz və operativ qaydada həyata keçirilməsi məsələləri müzakirə olunub.

Son illər hər iki ölkənin turizm potensialının güclənməsi, bayram günləri ərəfəsində qarşılıqlı səfərlərin sayının artması xüsusilə qeyd edilib. Eyni zamanda, bayram günləri ilə əlaqədar iki ölkə arasındakı sərhəd-gömrük keçid məntəqələrində insan axınının çox olması nəticəsində yarana biləcək sıxlığın vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251