BİZNES

Əsas kapitala yönəldilən vəsaitin bu qədəri qeyri-neft sektoruna sərf edilib
14 DEKABR 2017
387

Əsas kapitala yönəldilən vəsaitin bu qədəri qeyri-neft sektoruna sərf edilib

2017-12-14 19:10:00

2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13688,4 milyon manat vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna sərf edilib. Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb.

Ümumi sərmayənin 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77,0 faizi məhsul istehsalı obyektlərinin, 17,1 faizi xidmət sahələri üzrə obyektlərin, 5,9 faizi isə ümumi sahəsi 1536,0 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, bank kreditləri 12,7 faiz, büdcə vəsaitləri 14,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,8 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256