BİZNES

"UĞUR" Milli Mükafatı 2017-ci il üzrə laureatlarını elan etdi
13 DEKABR 2017
566

"UĞUR" Milli Mükafatı 2017-ci il üzrə laureatlarını elan etdi

2017-12-13 15:20:00

İqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının növbəti, 2017-ci il üzrə təqdimetmə mərasimi keçirilib.

“Quba Rixos” otelində keçirilən təntənəli mərasimdə yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasında fəallıq göstərən 28 yerli, xarici şirkət və təşkilatlar mükafatın laureatı elan ediliblər.

Xatırladaq ki, UĞUR" Milli Mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub və bu sayca 17-ci mükafatlandırma mərasimi keçirildi.

Təqdimetmə mərasimində çıxış edən təşkilat komitəsinin sədri İbrahim Baharov qeyd edib ki, "Uğur" Milli Mükafatının əsas məqsədi özündə yüksək effektivliyi, sabit inkişaf və sosial məsuliyyəti ehtiva edən şirkətlərin nailiyyətlərini vurğulamaqdır.

"Mükafatın laureatları - ictimaiyyətdə nüfuz və etimad qazanmış şirkətlərdir. İqtisadi cəhətdən asan olmayan 2017-ci ildə də onlar uğurlu fəaliyyətləri ilə öz sahələrində lider olduqlarını sübut ediblər.

2018-ci ildə də sahibkarların üzərinə böyük vəzifələr düşür və mən Sizə bol-bol uğurlar arzulayıram" - deyə İ.Baharov bildirib.

"UĞUR" Milli mükafatı növbəti dəfə biznes sferasında ən yaxşılarını seçdi. Tədbir mükafatların təqdimatı və konsert proqramı ilə yadda qalan oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251