BİZNES

Bu maraqlıdır – TİSSOT
12 DEKABR 2017
632

Bu maraqlıdır – TİSSOT

2017-12-12 14:04:00

Dünyanın ən böyük saat markalarına və ən qədim saat istehsalçılarına dair bir araşdırma etdiyimiz zaman İsveçrəyə toxunmadan keçə bilmərik... Çünki dünya səviyyəsində keyfiyyətini isbat etmiş nə qədər saat markası varsa bir neçəsi istisna olmaqla demək olar ki, hamısı İsveçrə istehsalıdır. Qeyd edək ki, bu saat markalarının əksəriyyəti 1800-1850-ci illər arasında ortaya çıxmışdır.

Tissot haranın istehsalıdır?

Tissot 1853-cü ildə İsveçin Le Locle şəhərində Charles-Feliken Tissot və oğlu Çarlz-Emil Tissot tərəfindən yaradılıb.Daha sonra işlərini böyüdən ata-oğul, İsveçrədən əlavə Rusiya və qonşu ölkələrə də ixracata başlayıb. 1900-cü illərin ortalarına qədər marka dünyanın ən nüfuzlu istehsalçılarından biri olmağı bacarıb və 1980-ci illərdə Tissot dünyanın ən lüks markalarından birinə çevrilib.

Bundan təxminən 150 il əvvəl kiçik bir dükan olaraq işlərinə başlayan Tissot 1983-ci ildə günümüzün ən böyük saat istehsal və satış şirkətlərindən biri olan The Switch Group-una satılmışdır. Hələ də eyni qrupun tərkibindədir.

Tissot-un 150 fərqli ölkədə 16,000-dən çox filialında məhsullarını tapa bilərsiniz. "More than a watch" şüarıyla xidmətlərinə davam etməkdədir. Şirkətin idarə heyətinin sədri isə Francois Threboud –dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258