BİZNES

Biznesin strateji idarə edilməsinin dünya təcrübəsi - Baş Redaktordan
07 DEKABR
194

Biznesin strateji idarə edilməsinin dünya təcrübəsi - Baş Redaktordan

2017-12-07 13:10:00
Dəyərli oxucular, ilk növbədə bizimlə olduğunuza görə Sizə minnətdarlığımı bildirmək istərdim.
Biznesin strateji idarə edilməsi kəskin bazar münasibətləri və rəqabət şəraitində uğurlu fəaliyyət göstərmək və yaşamaq üçün ən vacib amillərdən biridir. Ətraf mühitin dəyişməsi təşkilatın yeni mühitə adaptasiyasını zəruri edir və mühit tələbləri dəyişilir. Yeni tələblərə uyğun optimal kompaniya fəaliyyət sisteminin qurulması biznesin strateji idarə edilməsinin başlıca vəzifəsidir. Biznesin strateji idarəedilməsinin əsas məqsədi uzunmüddətli perspektivdə uğurlu firma fəaliyyətini təmin edərək ali təşkilati məqsədlərə nail olaraq arzu edilən mövqelərə yiyələnmə, onun qorunub saxlanılması və təşkilatın strateji inkişafıdır.Və bu aydın məqsədlərə çatmaq üçün biznesin strateji idarəedilməsisnin konkret vəzifələrinin icrası lazımdır. Müxtəlif ölklərin biznes subyektləri üçün strateji idarə edilmə konsepsiyasının məqsədi və vəzifələri umumilik təçkil etsə də, bu məqsəd və vəzifələrə nail olma çox spesifik səciyyə daşıyır. Ölkənin inkişaf səviyyəsindən, biznes mühitindən, ölkənin tarixi milli köklərindən, geosiyasi və coğrafi yerləşməsindən, ictimai şüur və onun inkişaf səviyyəsindən, dövlətin yürütdüyü biznesə dəstək siyasətindən, rəqabət səviyyəsindən və bir çox digər amillərdən asılı olaraq biznesə strateji yanaşmalar və baxışlar ayrı-ayrı ölkələrin biznes müəssisələri tərəfindən fərqlidir. Yaponiyada, Çində kompaniyanın gələcək inkişafı çün bir prioritetlər önə çəkilsə də, ABŞ və Qərbi Avropada digər priortetlər qabardılır. Şərq məqsədlərə güclü mental baxışları və dərin adət ənənləri ilə çatırsa, qərb siyasi gedişləri və indvidual baxışlarla inkişaf edir. 
ABŞ təcürbəsi. Biznesin strateji idarə edilməsi əslində strateji menecment üzərində qurulan bir konsepsiyadır. Strateji menecment isə öz növbəsində ümumi menecmentin xüsusiyyətlərini özündə təcəssüm etdirir.Amerika strateji menecmentini əsas yaradıcıları İqor Ansof, Maykl Porter, Strikland , Tompson hesab olunur. Müasir amerikan kompaniyalarının istifadə etdiyi biznesin strateji idarə edilməsi konsepsiyası nəzəri əsaslarını qeyd edilən müəlliflərin fikirlərindən götürür. Amerikan menecmenti özündə əsas etibarilə, klassik məktəbin nümayəndəsi olan Anri Fayolun görüşlərini daşıyır. Amerikalı Q. Lüter və U. Lindal klassik məktəbin əsas müddəlarının populyarlaşmasını sürətləndirdilər. Digər amerikalı müəlliflər isə öz növbəsində, amerikan menecmentinə yeni dəyişikliklər, dəqiqləşdirmələr və əlavələr etdilər. Klassik məktəb sonrakı dövrlərdə və müasir zamanda amerikan menecment nəzəriyyəsinə və müasir kompaniyaların idarəedilməsi istiqamətlərinə əhəmiyyətli dərəcədə təsir göstərdi. 
Müasir amerikan menecmenti üç tarixi zəminə əsaslanır:
1. Bazarların mövcudluğu;
2. İstehsalın təşkilinin sənaye üsulu;
3. Korporasiya sahibkarlığın təşkilinin əsas forması kimi.
Biznesin strateji idarə edilməsinin Amerikan modeli. Firma fəlsəfəsinin mahiyyəti ondan ibarətdir ki, rəhbər heyyətin dəyişməsi ilə kadr heyyəti və işçilər dəyişir. Yeni rəhbərlik missiya bəyanatını təqdim edir və məqsədləri formulə edir. Yeni yanaşmalar, baxışlar, yeni rəhbərlik düşüncələri meydana gəlir. Firma inkişafının yeni yolları axtarılır. Strategiyaya münasibət. Qarşıya qoyulan məqsədlərə nail olmağa yönəlmiş resurslaradan və vasitələrdən istifadə üsullarıdır. Strategiyaya prioritet problemlər və onların həlli yolları, korporasiyanın başlıca mqəsədlərinə çatma yollarını özündə əks etdirən baş fəaliyyət proqramıdır. Strategiya kompaniyanın başlıca məqsədlərini və əsas fəaliyyət istiqamətlərini formulə edir. Yeni məqsədlər yeni strategiyalar tələb edir. Firmanın məqsədləri gəlirlərin artımına nail olmaq və səhmdarların və digər payçıların dividendlərinin təminatı. Təşkilati idarəetmə strukturu. Müasir amerikan menecmenti əsas təşkilati hüquq forması kimi korporasiyanı (səhmdar cəmiyyəti) qəbul edir. 70-ci illərdə korporasiyaların bəziləri, 80-cı illərdə demək olar ki, ABŞ korporasiyalarının hamısı biznesin strataeji idarəedilməsini həyata keçirirdilər. Korporasiyalar üçün BSİ-nin mahiyyəti və əhmiyyəti ondan ibarətdir ki, o rəqabət mübarizəsində qalib gəlmək üçün uzunmüddətli strategiyaların hazırlanmasını təmin edir, real zaman kəsiyində optimal idarəetməyə nail olur. Biznesin strateji idarə edilməsi konsepsiyası top menecment səviyyəsində təşkilati strateji idarəetmə strukturlarının yaradılmasını tələb edir. Bu strukturun tərkibinə strateji inkişaf bölməsi və strateji təsərrüfat mərkəzlərinin (STM) yaradılması daxildir. Hər bir STM bir neçə istehsal bölmələrini birləşdirir. STM-lərin miqdarı istehsal bölmələrinin sayından az olur. ABŞ-ın Westinghouse Electric kompaniyasında fəaliyyət göstərən 110 istehsal bölməsi 37 STM tərəfindən istiqamətləndirilir. Istehsal bölmələri strateji təsəərrüfat mərkəzlərində cəmlənərək onların vasitəsilə idarə edilir. STM-lər isə öz növbəsində, yuxarı struktur olan strateji inkişaf qrumları tərəfindən yönləndirilir. Artıq, ABŞ-da fəaliyyət göstərən 500 iri koorporasiyaların 20%-ində strateji inkişaf qrumları təsis edilib. STM yaradılarkən düzgün fəaliyyət sferasının seçilməsinə böyük əhəmiyyət verilir. STM-lər uyğun zamanda rəqabətqailiyyətli əmtəələrin istehsalı və onların satışı üçün cavabdehlik daşıyır. ABŞ korporasiyalrının əsas təşkilati idarəetmə strukturu kimi matrislərdən istfadə edir. Kadrların təyini və kadr siyasəti. Işçilərin əmək bazarlarından biznes məktəbləri, universitetlər vasitəsilə seçimi. Kadr siyasəti individual, şəxsi kariyeranın inkişafına yönəlib. Işçilərin patispativ idarəetmədə kütləvi iştirakının təmini təşkil edilir. Patispativ idarəetmə aşağdakı istiqamətlərdə həyata keçrilir: Işçilərə müstəqil qərar qəbul etmək hüququnun verilməsi; Işçilərin strateji qərar qəbuluna cəlbi; Işçiyə keyfiyyətə nəzarət hüququnun verilməsi; Idarəetmə sisteminin təkmilləşdirilməsində işçilərin iştirakı; Gəlirlərdə iştirak sistemin hazırlanması; Işçilərin ümumi nümayəndələrinin direktorlar şurasının işində iştiraka cəlb etmək. İşçilərin işə cəlbində onların test metodu, müsabiqə metodu, xüsusi qiymətləndirmə mərkəzlərinin vasitəsi ilə bilik və bacarıqlarının vakansiyaya uyğunluğu yoxlanılır. Işçilərin fərdi attestasiyası və qiymtləndirilməsi. Əmək haqqının fərdi işçinin fərdi naliyyətlərinə və nəticələrinə görə ödənilməsi. Əməyin və istehsalın təşkili. Əsas diqqət istehsala və ətraf mühitə adaptasiyaya ayrılır. Işçilər işlərini dəqiq vəzifə təlimatları əsasında yerinə yetirirlər. Əmək haqqı səviyyəsi vəzifədən, görülən işdən və ixtisaslaşmadan asılıdır. Eyni zamanda, əmək haqqı əmək bazarındakı tələb təklif əsasında tənzimlənir. İşçilərin stimullaşdırılması və motivasiya sistemi. Stimullaşdırmanın səviyyəsi çox yüksək deyildir. Motivasiya sistemi ancaq bazar nəticələrinə görə qurulur. Lakin, ABŞ koorporasiyalarında prezidentlərin əmək haqları digər ölkələrə nisbətən bir neçə dəfə çoxdur. Firmadaxili və strateji planlaşdırma. Firmadaxili planlaşdırma desentralizasion xarakter daşıyır, ayrı-ayrı strukturlar əsas maliyyə göstəricilərini, istehsala, ETTKİ- lərinə, satışa xərcləri planlaşdırır. Strateji planlaşdırma isə ali idarəetmə həlqəsi tərəfindən həyata keçirilir. Yeni məhsul buraxılışında STM-lərdən istifadə edilir. Maliyyə siyasəti. Biznes administrasiyası gəlirləri bölmələr arasında paylaşdırır. Istehsal gücü və imkanları digər kompaniyaların alınması hesabına artırılır. Korporasiya əsasən özünümaliyyələşdirmə prinsipinə əsaslanır. Keyfiyyətin idarəedilməsi konsepsiyası. Yüksək keyfiyyət yüksək xərclərlə əldə edilir. Daha yüksək keyfiyyət aşağı məhsuldarlıqla əldə edilə bilir. Keyfiyyətə nəzarət keyfiyyətə nəzarət inspektoru tərəfindən aparılır. Əmək məhsuldarlığı işlərin istehsalı fikirləşənlər və istehsalla məşğul olanlar arasındakı rasional bölgüsü hesabına artır. Ardi var …
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287