BİZNES

Bu maraqlıdı – ZARA
06 DEKABR 2017
1564

Bu maraqlıdı – ZARA

2017-12-06 14:32:00

«Zara» brendi qadın, kişi və ya uşaq fərqi olmadan, hər kəsin sözsüz ən sevimli brendidir. Ən lyuks markalarla müqayisə olunacaq qədər güclü kolleksiyalarla qarşımıza çıxır hər zaman. Bəs onun haqqında bir neçə maraqlı faktı öyrənməyə nə deyirsiniz? Əminik ki, «Zara» sevərlər üçün çox maraqlı olacaq, hətta bundan sonra yəqin ki, daha çox sevəcəksiniz. Həmən başlayaq:

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

 

Zara — dünyanın ən böyük mağaza qruplarından olan İNDİTEX şirkətinə məxsusdur, eyni zamanda bu qrupa Bershka, Oysho, Stradivarius, Pull and Bear, Massimo Dutti, Uterqüe kimi məşhur markalar daxildir.



Brendin sahibi və eyni zamanda yaradıcısı hal-hazırda 79 yaşında olan Amancia Ortega çox yoxsul bir ailədə doğulub. 39 yaşına qədər heç bir uğur sahibi olmayıb. Ancaq 1975-ci ildə, 39 yaşında həyat yoldaşı ilə İspaniyanın tətil zonalarından biri olan La Coruna`da ( brendin baş ofisi hələ də, burada yerləşir) öz şəxsi mağazalarını açmağı qərar veriblər. Çoxlarının bilmədiyi bir fakt da var ki, cütlük brendin ilk olaraq adını «Greek Zorba» filmini sevdikləri üçün «Zorba» olaraq düşünmüşdülər, ancaq brend olaraq tam rəsmiləşdirmək istəsələr də bu ad alınmır, çünki artıq istifadə olunmuşdu. Bu səbəbdən brendi qısaca «Zara» adlandırıblar.

Brendin 88 ölkədə 2000-dən çox mağazası var. Geyimlərin 50%-i hələ də İspaniyada istehsal olunur, qalan 26% Avropanın digər ölkələrində, 24%-i isə Asiya ( Türkiyədə də zavod vardır) və Afrikada. Geyimlərin hazırlandığı sexin 500 min kvadrat kilometrlik ərazisi var, 3500 işçisi. Maraqlıdır ki, deyilənə görə işçilər velosipedlə hərəkət edirlər sexdə. Sexin deposu 465 min kvadrat kilometrlik ərazidədir. Bu da, Amazon`dan (onlayn satış saytı) 9 dəfə böyükdür.

 

2003-cü ildə brend ev əşyaları dizayn etməyə də başladı və «Zara Home» mağazalar şəbəkəsi açıldı. Belə ki, Zara sevərlərin artıq evləri də dəbli olmağa başladı. Təəssüf ki, hal-hazırda bu şəbəkə ölkəmizdə fəaliyyət göstərmir.
Brend New York`un, bəlkədə dünyanın deyə bilərik ki, ən məşhur küçəsi olan Fifth Avenue`da mağaza açmaq üçün tam olaraq 324 milyon dollar ödəyib. Tam adres: 666 Fifth Avenue. Nə deyirsiniz bəlkə də bir gün yolunuz düşər?!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270