BİZNES

Azərbaycan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemə qoşulacaq
30 NOYABR 2017
255

Azərbaycan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemə qoşulacaq

2017-11-30 19:35:00

Azərbaycan Avropa İttifaqında (Aİ) tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulacaq. Fins.az xəbər verir, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib. Noyabrın 30-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Ümumi tranzit proseduru və yeni kompüterləşdirilmiş tranzit sistemi” mövzusunda seminar zamanı Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov deyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Seminar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov Avropa İttifaqında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi barədə məlumat verərək bildirib ki, bu sistem kağız üzərində hər hansı sənəd tərtib etmədən tranzit prosedurunun həyata keçirilməsinə imkan yaradır.

Aİ ərazisində tətbiq edilən NCTS-ə Türkiyənin qoşulduğunu diqqətə çatdıran C.Qasımov Azərbaycanın da 2020-ci ilədək bu sistemə qoşulacağını, bununla da Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin qısa vaxt ərzində təyinat nöqtəsinə çatmasına şərait yaranacağını vurğulayıb.

İdarə rəisi onu da bildirib ki, yeni sistemin tətbiqi nəticəsində Azərbaycanın tranzit imkanları daha da artacaq, ölkədə istehsal edilən malların asan şəkildə Avropaya ixracına münbit şərait yaranacaq.

Sonra Avropa İttifaqının eksperti, Slovakiya Respublikası Maliyyə Direktorluğunun gömrük bölməsinin direktor müavini Marian Çodak NCTS-in əhəmiyyəti və üstünlüklərindən bəhs edib.

İki gün davam edəcək təlim zamanı Avropa İttifaqının ekspertləri Marian Çodak və Slovakiya Respublikası Maliyyə Direktorluğunun gömrük bölməsinin NCTS üzrə mütəxəssisi Miroslav Bujna ümumi tranzit proseduru, NCTS-də elektron prosedurlar, NTCS-də elektron TIR prosedurları və digər mövzularda məlumat verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272