BİZNES

Bakıda PR forumu keçiriləcək
29 NOYABR 2017
381

Bakıda PR forumu keçiriləcək

2017-11-29 17:35:00

 2018-ci ildə Azərbaycanda I Bakı PR Forumu keçiriləcək. Artıq foruma hazırlıq işlərinə başlanılıb.

Fins.az-ın verdiyi xəbərə görə, bununla bağlı bu gün Bakıda Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) toplantısı keçirilib. Toplantıda “AtaHolding”, “Bakcell”, “Unibank”, İcbari Sığorta Bürosu və bir sıra digər qurumların nümayəndələri iştirak ediblər.

APRA-nın İdarə Heyətinin sədri İlham Məmmədzadə I Bakı PR Forumuna ilkin hazırlıq işlərinin artıq başladığını və Forumun keçirilməsində maraqlı olan qurumlarla tərəfdaşlıq və əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Hər il keçirilməsi nəzərdə tutulan bu Forum PR mütəxəssislərinə bilik və bacarıqlarını inkişaf etdirmək, yerli və xarici təcrübəni müqayisə etmək və xarici PR mütəxəsissləri ilə sıx əlaqələr yaratmağa yardım edəcək.

Qeyd edək ki, APRA 2016-cı ilin may ayında təsis olunub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259